Ermənistanın müdafiə naziri Zəngəzura gəlir

10:27 9 İyul 2022

Ermənistanın müdafiə naziri Suren Papikyan sabah, iyulun 10-da Zəngəzur bölgəsinə gələcək.

Sitat.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilib.

Qeyd edilib ki, səfərin məqsədi son günlər sərhəddə yaşanan gərginlikdən deyil, partiyadaxili məsələlərdən qaynaqlanır.

Məsələ burasındadır ki, Qafanda hakim “Vətəndaş müqaviləsi” partiyasının şurası seçiləcək. Şura sədri vəzifəsi uğrunda qızğın rəqabət gözlənilir. Nazirin məqsədinin Zəngəzur bölgəsindəki partiyadaxili gərginliyi nəzarətə almaq olduğu bildirilir.

Məlumatlara görə, hakimiyyətdaxili qruplar Zəngəzur bölgəsinə nəzarət uğrunda rəqabətdədirlər. Papikyanın baş nazirin tapşırığı ilə əyalətə gedəcəyi qeyd olunur.



Xəbər xətti