Azərbaycan Ordusunun əsgəri həlak olub

11:36 9 İyul 2022

Azərbaycan Ordusunun əsgəri həlak olub.

Bu barədə SİTAT.İNFO-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.



Xəbər xətti