Gürcüstanın Baş naziri müsəlmanları təbrik edib

12:55 9 İyul 2022

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə müsəlmanlarını Qurban Bayramı münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bayramı sülh, mərhəmət və ümid bayramı olduğunu bildirib.

"Müsəlman həmvətəndaşlarımızı Qurban Bayramı münasibətilə təbrik edirəm. Hamıya firavanlıq, səadət və xoşbəxtlik arzulayıram", - təbrikdə deyilir.

Qeyd edək ki, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin Aparatı da ölkənin müsəlman icmasını təbrik edib.

 



Xəbər xətti