Ukrayna səfirindən Azərbaycan dilində təbrik - Video

15:05 9 İyul 2022

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı xalqını Qurban bayramı münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, səfirin rəsmi feysbuk hesabında edilən paylaşımda deyilir:

“Dünya müsəlmanları, eləcə də Ukraynada yaşayan müsəlmanlar Qurban bayramını qeyd edirlər. Bu bayram mənəvi birlik və həmrəylik rəmzidir. Qardaş Azərbaycan xalqı, bayramın mübarək! 

Əziz dostlar! Müsəlman dünyası üçün bu müqəddəs gündə ukraynalılar, eləcə də Azərbaycan əsilli ukraynalılar əlində silahla Ukrayna dövlətinin azadlığı və müstəqilliyini qorumaq məcburiyyətində qalıblar. Siz doğma torpağı müdafiə etməyin nə demək olduğunu, eləcə də sülhün qiymətini hamıdan yaxşı bilirsiniz!”.



Xəbər xətti