Bərdədə ana doğuşdan sonra öldü - VİDEO

19:08 9 İyul 2022

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum evində ölüm hadisəsi baş verib.

Tərtər rayon sakini, 24 yaşlı Sahilə Əsədova Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib.

Qeysəriyyə əməliyyatından sonra qadın vəfat edib.

TƏBİB-in şöbə müdiri Zamirə Ədilovanın sözlərinə görə, 24 yaşlı qadının ölümünə səbəb böyrək çatışmazlığı olub. Hazırda yeni doğulan körpənin vəziyyətinin yaxşı olduğunu bildirirlər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//APA



Xəbər xətti