Ağstafada gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.
Aşağı Göycəli kənd sakini, 1998-ci il təvəllüdlü İlqar Qəhrəmanov arı sancma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, İ.Qəhramanov xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, İ.Qəhramanovu qonaq getdiyi evdə arı sancıb.
Faktla bağlı araşdırma aparılır.//"Qafqazinfo"