Bakı-Moskva reysinin təyyarəsi texniki səbəblərdən hava limanına qayıdıb

10:56 10 İyul 2022

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

SİTAT.İNFO bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.



Xəbər xətti