“İyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik”.
“Sitat.info” APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.