Bodrumda meşə yanır - Fotolar

19:43 10 İyul 2022

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə sahəsində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.

Bildirilib ki, güclü külək nəticəsində ətrafa yayılan yanğın nəzarətə alınıb.

Bölgəyə 3 helikopter, 20-dən çox xüsusi texnika, eləcə də 50 meşə işçisi cəlb edilib.

Yanğının dəqiq səbəbi hələlik məlum deyil.

 

 




Xəbər xətti