Hərəkətdə olan avtomobildə sürücü huşunu itirdi: İki polis əməkdaşı dəhşətli qəzanı önlədi VİDEO

11:35 11 İyul 2022

Bakıda iki polis əməkdaşı çox dəhşətli bir hadisənin qarşısını alıb. Belə ki, hərəkət zamanı səhhətində yaranan problem nəticəsində sürücü sükan arxasında huşunu itirib.

SİTAT.İNFO xəbər verir ki, avtomobilin normal hərəkət etmədiyini görən polis əməkdaşları vəziyəti başa düşərək qaçaraq hərəkətdə olan avtomobilin qapısını açıb, əyləci basmağa müvəffəq olublar. Videodan da görünür ki, avtomobil idarəetməni itirib saniyələr sonra yol ayrıcına çıxacaqmış və neçə maşının toqquşmasına səbəb olacaqmış. 

Vaxtında müdaxilə nəticəsində qəzanın qarşısı alınıb. Qeyd edək ki, məlumatı DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev yayıb. Onun sözlərinə görə, bu iki polis əməkdaşı fədakarlıqlarına görə mükafatlandırılacaq. 

SİTAT.İNFO həmin videonu təqdim edir. 

Səid İsaoğlu

 



Xəbər xətti