TƏBİB: COVİD-lə bağlı xəstəxanalarda iş yükü artmayıb

14:17 11 İyul 2022

"Biz əhaliyə müraciət edərək onları ehtiyatlı olmağa çağırırıq".

Bunu Sitat.info-ya TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.O bildirib ki, son həftələr COVID-19-a yoluxma hallarında artım müşahidə olunur:

"Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır. Səhiyyə sistemində və eləcə də xəstəxanalarda iş yükünün artması müşahidə olunmayıb. Ölkəmizdə xəstəliklərin idarə olunması üçün bütün resurslar mövcuddur. Edilən xəbərdarlıqların məqsədi fərqlidir. Biz əhaliyə müraciət edərək onları ehtiyatlı olmağa çağırırıq. 65 yaşından yuxarı şəxslər və xroniki xəstəlikləri olanlar unutmasın ki, xəstəlik tam şəkildə yox olmayıb. Xəstə insanlar özlərini düzgün şəkildə təcrid etsə, digər insanlar arasında da yoluxma artmaz. Son olaraq, ikinci doza vaksinin vurulmasından altı ay keçən vətəndaşları buster doza vaksin vurdurmağa dəvət edirik, bu çox vacibdir"- o qeyd edib.



Xəbər xətti