Siraqəddin Cabbarov, vicdanınız heçmi sızıldamır?

14:04 12 İyul 2022

"Sabirabad İcra Hakimiyyətinin fəaliyyətsizliyinə qarşı üsyan etmiş, icra hakimiyyətinin binası qarşısında özünü yandıraraq səsini eşitdirməyə çalışmış qazimiz Elvin Cəfərov az öncə vəfat etdi.

Allah rəhmət eləsin!

Hesab edirəm ki, cinayət məcəlləsinin müvafiq (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılmalı və qazimizi bu həddə çatdırmış Sabirabad rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və şəxsən icra başçısı qeyri-şərtsiz cinayət məsuliyyətinə cəlb edilməlidir!".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. 

Onun sözlərinə görə, bu məsələ cəzasız qalsa , qazilərin intiharları da davam edəcək: "Əks halda vətəni və milləti uğrunda canını düşünmədən fəda etməyə hazır olan şərəfli oğullarımızı bu kimi məmurcığazların sayəsində bir-bir itirəcəyik… 

Utan - Siraqəddin Cabbarov!  Hesab edirəm ki, bir qazinin problemlərini dinləyib də həll edə bilməyəcək qədər fərasətsiz birinin icra başçısı olmağa, böyük bir rayona rəhbərlik etməyə haqqı olmamalıdır. 

Məni bir sual düşündürür: Görəsən Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı olaraq heç xəcalət çəkirsinizmi?! Vicdanınız heçmi sızıldamır?!"

Banu,

SİTAT.İNFO



Xəbər xətti