Taxıl dəhlizi danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyətini daşıyan təyyarə İstanbul hava limanına enib.
SİTAT.İNFO xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Qeyd edək ki, bu gün İstanbulda Ukrayna limanlarından taxılın çıxarılması üçün Türkiyə, Rusiya Federasiyası və Ukrayna müdafiə nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyəti arasında görüş olacaq.