İyulun 15-nə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Sitat.info"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 50-55 % olacaq.
Abşeron çimərliklərində şimal küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və səhər Böyük Qafqaz zonasının şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.