Gömrük Komitəsinin vəzifəli şəxsi intihar etdi

14:30 14 İyul 2022

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Sitat.info"nun sorğusuna cavab olaraq bildirilib ki, 13 iyul 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

 

 



Xəbər xətti