4 rayonun azad olunmasında iştirak edən qazi işlə təmin olunub.
"Sitat.info" APA TV-yə istinadən xəbər verir ki, Oğuz rayonu Xaçmaz kənd sakini, Vətən Müharibəsi iştirakçısı Maarif Şükürlü ötən ilin sentyabr ayında rayon rəhbərliyinə işsiz olduğunu bildirərək işlə təmin olunmasını istəyib. Bu ilin aprelin 18-dən isə Oğuz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Maarif Şükürlü Azərbaycan Texnologiya Universitetini bitirib. O, sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə könüllü qatılıb. Maarif Şükürlü Füzuli, Xocavənd, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında iştirak edib. Prezidentin Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, Oğuz rayonunun Xaçmaz kəndi Birinci və İkinci Qarabağ müharibəsində ümumilikdə 33 şəhid verib.