Nazim Məcidov vəfat edib

12:53 15 İyul 2022

Azərbaycan Qızıl Aypara Cəmiyyəti prezidentinin müşaviri Nazim Məcidov vəfat edib.

SİTAT.İNFO xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əskərzadə bildirib. O qeyd edib ki, uzun müddət xəstəlikdən əziyyət çəkən Nazim Məcidov 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tibbi üzrə fəlsəfə doktoru olan Nazim Məcidov uzun müddət Bakı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.



Xəbər xətti