Hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə səhifəsində deputat Sədaqət Vəliyevaya cavab verib.
SİTAT.İNFO xəbər verir ki, o, bu sözləri yazıb: "Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib: "Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına hər zaman xüsusi qayğı ilə yanaşıb və müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatının gücləndirilməsi dövlətimizin sosial siyasətinin prioritet hədəflərindən olub". - Razıyam, doğrudur. Amma 8100 nəfər yaralı döyüşçü fəaliyyət məhdudiyyəti əlilliyə uyğun gəlmədiyi üçün əlillik ala bilmir".
Ə. Verdiyevin sözlərinə görə, elə hərbçi var yaralandığına görə ordudan təxris edilib, amma əlil deyil və buna görə həm işindən , həm də bütün imtiyazlardan məhrum qalıb: " Buna görə də onların bir çoxunun qazandığı yeganə vəsait 80 manat Prezident təqaüdüdür. Ən ağrılı və ən vacib məsələ hazırda budur. Çünki əlil və ya şəhid ailəsi konkret qazanı var. 80 manatla yaralı döyüşçü 2 ildir nə ilə dolanır, nə yeyib içir, dərmanı nə ilə alır? Bəzisinin atası yoxdur, ailə də üstündədir. Eləsinin 3 uşağı da var. Bu məsələnin qabartmalıyıq, həll etməliyik. Müharibə bitəndən sonra hərbçilərlə əlaqədar parlamentdə qəbul edilən qərarlar hərbçilərdə və döyüşçülərdə bir qədər mənfi təəssürat da yaradıb. Bu problemlərin müzakirəsində iştirak etməyə hazıram".