DTX-nin rəis müavini işdən çıxarıldı, yeni vəzifəyə göndərildi

15:02 15 İyul 2022

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavinini vəzifəsindən azad edib.

“Sitat.info” xəbər verir ki, sərəncama əsasən, İlqar Əli oğlu Musayev Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini vəzifəsindən azad edilib. 

Digər sərəncamla İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alıb. 



Xəbər xətti