Keçmiş prezidentin oğlu öldürüldü

17:26 15 İyul 2022

Hondurasda keçmiş prezident Porfirio Lobonun oğlu da daxil olmaqla, 4 nəfər silahlı hücumda həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Tequsiqalpada gecə klubundan çıxan 4 nəfər hücuma məruz qalıb və onlar maşından zorla çıxarılaraq güllələnib.

Ölənlərdən birinin keçmiş prezident Lobonun 19 yaşlı oğlu Səid Lobo Bonilla olduğu bildirilib.

Hücumla bağlı istintaq başladılıb.

 

/Axar.az



Xəbər xətti