Xəbər verdiyimiz kimi, Qızıl Aypara Cəmiyyəti prezidentinin müşaviri və İdarəetmə Şurasının üzvü Nazim Məcidov vəfat edib.
Kult.az tibb üzrə fəlsəfə doktoru, ictimaiyyətə açıq olan və jurnalistlərin sorğusunu günün istənilən saatında cavab verməsi ilə medianın dostuna çevrilən Nazim Məcidov haqqında məlumatları təqdim edir.
Nazim Məcid oğlu Məcidov 1960-cı il sentyabrın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Məcid Məcidov Lənkəran şəhərinin prokuroru olub.
N.Məcidov Yasamal rayonunda Dəri-Zöhrəvi Dispanserində və Gənclər və İdman Nazirliyinin Sağlamlıq Mərkəzində baş həkim kimi də işləyib.
2008-2019-cu illər Nazim Məcidov Dənizkənarı Bulvar idarəsində rəis müavini olaraq çalışıb. Həmçinin o, “Bakı bulvarı” haqqında yazılmış ilk mahnı mətininin müəllifi idi.
2019-cu ildən Bakı Dövlət Universitetində kadrlarlar idarəsinin rəisi, universitetin tarixi muzeyinin müdiri vəzifələrində işləyib.
Nazim Məcidov 22 il Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) İdarəetmə Şurasının üzvü olub.
Azərbaycan QAC tərəfindən "Qızıl Aypara", “Qızıl Aypara-100" medallarıyla da təltif olunub.
N.Məcidovun 2 övladı qalıb.