Daha 2 qazi uğurla əməliyyat edildi

15:30 16 İyul 2022

Daha 2 Vətən müharibəsi iştirakçısı uğurla əməliyyat edilib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun sözcüsü Günay Quluzadənin verdiyi məlumata görə, 44 günlük Vətən müharibəsi qaziləri Elvin Tağızadə və Qulu Ağaşov müharibə sonrası yaranan ayaq deformasiya şikayətləri ilə müraciət ediblər.

“Sitat.info” xəbər verir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Əlviz Qasımovun rəhbərliyində hər iki qazinin əməliyyatı travmatoloq cərrah Kamil Eyvazov tərəfindən icra edilib.

Elvin Tağızadə müharibə zamanı baldır və bud nahiyəsində çoxsaylı yaralanmalar sonrası şikayətlərlə müraciət edib. Baldır nahiyəsində sümük qısalığı, eyni zamanda əzələ və damar sinir paketində zədələnmə deffekti olan xəstədir. Aşağı ətrafda pəncə nahiyəsində sinir zədələnməsi səbəbi ilə “sallanmış ayaq” dediyimiz sindromla müraciət edib. Xəstənin ayağı plantafleksion deformasiya şəkilində qalıb. Xəstəyə aşıq baldır oynağının artrodez əməliyyatı, ayaq deformasiyasinin ləğvi əməliyyatı icra edilib. Əməliyyat sonrası deformasiya tam olaraq uğurla aradan qaldırılıb.

Qulu Ağaşov müharibə zamanı bud nahiyəsindən aldığı qəlpə yaralanması sonrasında aşağı ətrafda oturaq sinir zədələnməsi səbəbi ilə ayaq nahiyədə deformasiya baş verib. Müayinə zamanı ayağın orta hissəsində yarımçıxıq olduğu görünüb. Ard-arda edilən əməliyyat sayəsində deformasiya tam aradan qaldırıldı və normal ayaq biləyi vəziyyətinə qaytarılıb.



Xəbər xətti