Polis əməkdaşı qəzada öldü

09:27 17 İyul 2022

Yevlaxda polis əməkdaşı həlak olub.

“Sitat.info”nun məlumatına görə, hadisə bu gün səhər saat 7:00 radələrində baş verib.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədov təlimə gedərkən rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsı nəticəsində həlak olub.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti