Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
“Sitat.info” FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.