Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 18-19-da İrana planlaşdırılan səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüşü planlaşdırılır.
Bu barədə Türkiyə Prezidenti Administrasıyası məlumat yayıb.
Məlumatda deyilir ki, səfər çərçivəsində iyulun 19-da Tehranda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII Toplantısı keçiriləcək.
Toplantıda Türkiyə-İran münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə regional və qlobal məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.
Həmin gün Tehranda Rusiya Prezidenti Vladimir Putinin də iştirakı ilə Astana formatında VII Üçtərəfli Zirvə Görüşü də baş tutacaq.