COVID-19 sertifikatı olmayan vətəndaşlar üçün vacib məlumat - Diqqətli olun

15:53 14 Fevral 2022

Daxili İşlər Nazirliyi (DİN) COVID-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq edib.

 

DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev "Report”a açıqlamasında bildirib ki, COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə polis əməkdaşları tərəfindən bundan sonra da gücləndirilmiş nəzarət profilaktiki tədbirlər həyata keçiriləcək.

 

"Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən etibarən immunitet və ya əks göstəriş sertifikatı olmayan vətəndaşın sonuncu COVID-19 virusuna qarşı qəbul etdikləri peyvənddən 6 aydan artıq müddət keçibsə, onların xidmət sahələrindən idman sağlamlıq mərkəzlərinə, iri ticarət obyektlərinə, kafe, restoran, çay evləri və digər iaşə obyektlərinə girişi qadağan olunacaq", - o vurğulayıb.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictiami iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.



Xəbər xətti