Azərbaycanda keçirilən toyda inanılmaz oğurluq hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə dünən Abşeron rayonunda baş verib.
Belə ki, Xırdalan şəhərində yerləşən "Xəzinə Palace" şadlıq sarayında Elvin adlı bəyin keçirilən toy mərasimdə oğru bıçaqla quraşdırılmış qutudan pulları oğurlayıb. Onun pul konvertlərini necə qarnına doldurması təhlükəsizlik kameralarına düşüb. Faktla bağlı polisə müraciət edilib.
Qeyd edək ki, toyu olan Elvin Şükürovun atası Sahib Şükürov dövlət qurumlarından birində yüksək vəzifədə çalışır. (Manşet.az)