Bu təqaüdlər artırıldı

16:23 14 Fevral 2022

Azərbaycanda ali məktəblərin tələbələri üçün prezident təqaüdlərinin məbləği artırılıb.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi ilə mümkün olub.

Fərmanla ali məktəblərin tələbələri üçün prezident təqaüdlərinin  məbləği 210 manatdan 250 manata çatdırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.



Xəbər xətti