Cozep Borell: "Rusiya dünyada aclığın səbəbkarıdır"

11:20 19 İyul 2022


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell “Rusiya Ukraynanın buğda ixracının qarşısını alır” deyərək, Rusiyanı dünyada açlığın səbəbkarı olmaqda ittihaam edib. 

SİTAT.İNFO xəbər verir ki, Aİ xarici işlər nazirlərinin  sonuncu toplantısı Belçikanın paytaxtı Brüsseldə keçirilib. Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell mətbuat konfransı iclasda müzakirə olunan məsələlərdən danışıb: "Rusiya hər gün mülki şəxsləri gülləbaran etməyə davam edir. Bizə məlumat daxil olur ki, müharibə zamanı cinsi təcavüz cinayətləri də törədilib. Rusiya Ukraynanın buğda ehtiyatlarının ixracının qarşısını alır. Dünyada aclığın səbəbkarı Rusiyadır".

Aİ-dən Ukraynaya 500 milyon avro əlavə hərbi yardım

Borell Rusiyanın dünyada enerji və qida böhranına səbəb olduğuna diqqət çəkib: "Ukrayna dövlətini məhv etmək istəyir. Nazirlərimiz yekdilliklə müstəqillik və azadlıq uğrunda mübarizədə Ukraynaya yaxın dəstəyi davam etdirmək qərarına gəldilər. Ukraynanın daha çox silaha ehtiyacı var. Müharibə davam edir. Bizim sülhə dəstək proqramımız çərçivəsində Kiyevə 500 milyon avro ayrılacaq”.

“Sanksiyalar öz bəhrəsini verir”

Borell sanksiyaların nəticə verdiyini  və Rusiya iqtisadiyyatında ciddi iqtisadi çətinliklərə səbəb olduğunu ifadə edərək, "Bayramlardan sonra Ukraynanın AB-yə üzvlük prosesi üçün lazım olan islahat addımlarını müzakirə edəcəyik" - deyə anons verib. 

Ləman Sərvanqızı

SİTAT.İNFO

 



Xəbər xətti