Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
SİTAT.İNFO-nun məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Musayev Şahin Şakir oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq həmin İdarənin rəis müavini təyin olunub.
Qeyd edək ki Ş. Musayev bir müddət əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsini də icra edib.