Hindistan silah daşıyan Rusiya gəmisini ələ keçirib

16:34 20 İyul 2022

23 min dollarlıq yanacaq borcunu ödəməyən Rusiya yük gəmisi Hindistan ordusuna silah çatdırarkən yedəyə alınaraq limana aparılıb. Silahların çatdırılması başqa üsulla təmin ediləcək


Hindistanda Rusiyaya məxsus silah daşıyan yük gəmisi ələ keçirilib. Estoniya mərkəzli Bunker Partner  şirkəti Rusiya yük gəmisi VV MAUA-I üçün 23 min 503 dollarlıq yanacaq haqqını ödəmədiyi üçün məhkəmə işi açıb və gəmiyə həbs qoyulub. Qərardan sonra Hindistana silah aparan Rusiya yük gəmisi Kerala əyalətinin Koçin limanında sahilə çıxarılıb. Ələ keçirilən gəmidəki silahların məhkəmə qərarına uyğun olaraq boşaldılmasına icazə verilib,

Rusiyanın Yeni Dehlidəki səfirliyindən verilən açıqlamada Hindistan Silahlı Qüvvələri üçün hərbi yükün çatdırıldığı Hindistanın Koçin limanında bir rus gəmisinin ələ keçirildiyi məlum olub. Hadisənin şəraiti ilə bağlı rəsmi açıqlama verilməsi üçün Hindistan Xarici İşlər Nazirliyinə müraciət edilib. Diplomatik şöbədən Rusiya gəmi sahiblərinin və ekipaj üzvlərinin hüquqlarına qeyd-şərtsiz hörmət edilməsini təmin etmək istənilib.

Safura,

SİTAT.İNFO



Xəbər xətti