Ukrayna Xarici İşlər Nazirliyi Pekini müharibəni dayandırmaq üçün Moskvaya təsir göstərməyə çağırıb
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko deyib.
"Ukraynaya qarşı silahlı təcavüzə görə məsuliyyət yalnız 2014-cü ildə Krımı və Donbasın bir hissəsini işğal edən və 2022-ci ilin fevralında səbəbsiz irimiqyaslı müharibəyə başlayan Rusiya Federasiyasının üzərinə düşür", - Nikolenko vurğulayıb.
“Həqiqətlə üzləşmək vacibdir: beynəlxalq ictimaiyyət Rusiya Federasiyasını bundan sonra da müharibə aparmaq imkanından məhrum etmək və törədilmiş cinayətlərə görə məsuliyyət daşımaq üçün ona qarşı sanksiyalar tətbiq etməyə məcbur olub”, - deyə spiker vurğulayıb.
Ukrayna Xarici İşlər Nazirliyi gözləyir ki, sülh və beynəlxalq hüquqa hörmət prinsiplərini ardıcıl şəkildə müdafiə edən beynəlxalq birliyin üzvü kimi Çin Rusiyanın Ukraynaya təcavüzü məsələsini siyasiləşdirməyəcək.
“Biz gözləyirik ki, bunun əvəzində Pekin Moskvaya təsirindən istifadə edərək, onu müharibəni dayandırmağa və BMT Nizamnaməsinə və beynəlxalq hüquqa, suverenliyə hörmət və dövlətlərin ərazi bütövlüyünə hörmət etməyə çağırsın".
Çinin ABŞ-dakı səfirliyinin internet saytının məlumatına görə, iyulun 19-da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bildirib ki, Çin birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır və həmçinin Çinə qarşı hər hansı əsassız şübhə, təhdid və təzyiqə qarşıdır.
Nigar,
SİTAT.İNFO