Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulacaq? - AÇIQLAMA

11:30 21 İyul 2022

"Azərbaycanda gündəlik kifayət qədər yoluxma sayı qeydə alınır. Əslində yoluxma sayı statistikada göstəriləndən daha çoxdur. Çünki insanlar test vermir və buna görə koronavirusa yoluxması rəsmi qeydə alınmır".

Sitat.info xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan həkim-infeksionist Vasif İsmayıl bildirib.

O əlavə edib ki, hazırda yoluxan insanların çoxu bu xəstəliyi yüngül keçirir: "Əgər vəziyyət bu cür davam edərsə, gündəlik yolxuma sayı artacaq. Lakin xəstəxanalara yerləşdirilən xəstə sayı minimal olduğu üçün qapalı məkanlarda maska qadağası tətbiq oluna bilər.

Əgər xəstəxanlarda yataq sayı 10 faiz dolarsa, dövlət toy məclislərinə qadağa qoymaqla vətəndaşları qıcıqlandırmaq istəməz. Əgər xəstəxanalara yerləşdirilən insan sayı az olarsa, mərasimlərlə bağlı qadağanın tətbiqi gözlənilmir".



Xəbər xətti