Bibiheybət məscidinin qarşısında marşrut avtobusu yandı - Video

14:43 21 İyul 2022

Bakıda 120 nömrəli avtobusda yanğın baş verib.

“Sitat.info” xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Salyan şosesinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində baş verib.

Belə ki, "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01-BS-785 dövlət qeydiyyat nişanlı avtobusun mühərriki yanıb.

/Qafqazinfo



Xəbər xətti