Azərbaycan və İtaliya hərbi ekspertlərinin görüşü keçirilib

15:10 21 İyul 2022

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

Bu barədə Sitat.info-ya nazirlikdən məlumat verilib.

Görüşdə qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Hər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.

İtaliya tərəfi də öz növbəsində gələcək inkişaf perspektivlərinin müzakirəsində və mövcud qabaqcıl təcrübələrin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.




Xəbər xətti