ABŞ-da konqresə basqın və son illərdə siyasi qütbləşmənin artması ölkədə yeni vətəndaş müharibəsinin başlayacağına dair narahatlıqları artırır.
Sitat.info Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-da keçirilən yeni sorğu göstərib ki, əhalinin yarısı bir neçə il ərzində ölkədə vətəndaş müharibəsinin başlayacağını gözləyir.
Kaliforniya Universitetinin tədqiqatçıları tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, amerikalıların 40 faizindən çoxu ifrat sağçı böyük yerdəyişmə nəzəriyyəsinə inanır ki, immiqrantlar ağdərili əhalini üstələyəcək, beşdə biri isə siyasi vəziyyət yaranarsa silaha sarılmağa hazırdır.
Respondentlərin 40 faizi demokratiya əvəzinə güclü lideri dəstəkləyəcəklərini bildirib.
Tədqiqatçılar qeyd ediblər ki, nəticələr ABŞ cəmiyyətində artan “özgələşmə, inamsızlıq və zorakılıq meylini” ortaya qoyur.
Tədqiqat qrupundan olan Garen Vintemute araşdırmanın “ABŞ-da artan təhlükə üçün oyanış çağırışı” olduğunu bildirib.