Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Dr. Hans Kluqe bildirib ki, COVİD-19-a yoluxmaların artması nəticəsində payızdan etibarən virusla mübarizə çətinləşə bilər.
Sitat.info Publika.az-a istinadən xarici mətbuata istinadən xəbər verir ki, ekspert son 6 həftə ardıcıl olaraq Avropada COVİD-19-a yoluxma nisbətinin artımını qiymətləndirib. Keçən həftə bölgədə 3 milyona yaxın yeni yoluxma sayının qeydə alındığını deyən ÜST rəsmisi əlavə edib ki, xəstəliklərin artması bu şəkildə davam edərsə, payızdan başlayaraq 2023-cü ilin qışına qədər olan dövr ağır keçəcək.
“Əvvəlki yayla eyni vəziyyətdə olduğumuz aydındır. Tək fərq odur ki, Omikronun BA.2 və BA.5 alt variantlarının təsiri altında COVİD-19 daha sürətlə yayılır” , - Hans Lkuqe bildirib.