Aparıcı İlkin Həsəni polisə video-müraciət ünvanlayaraq onun ailə üzvlərini təhqir edən qadının tapılmasını istəyib.
“Sitat.info” xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.
Bildirib ki, may ayının sonlarında ailə üzvlərindən birinin başına xoşagəlməz hadisə gəlib:
“Bir xanım durduğu yerdə təhqirlərə keçib, alçaldıcı hərəkətlər edib. Bu xanımla bağlı həmin dəqiqə “102” xidmətinə zəng edərək, şikayət etmişik. Çox təəssüf ki, hadisədən 50 gün keçməsinə baxmayaq, həmin xanım nə tapılır, nə də onun haqqında məlumat verilir”.
Aparıcı qeyd edib ki, yaxın günlərdə yenidən həmin xanımla bağlı polisə müraciət edilsə də, hələ də məsələ öz həllini tapmayıb:
“Həmin xanım haqqında məlumatları etik baxımdan yaymaq istəmirəm. Düşünürəm ki, bu video-müraciətimdən sonra məni qoruyan polisim hərəkətə keçəcək və məsələ öz həllini tapacaq”.