Dəmir barmaqlıqlar arasında qalan uşaq belə xilas edildi - Video

10:09 22 İyul 2022

Xırdalanda azyaşlının başı dəmir barmaqlıqlar arasında qalıb.

"Sitat.info" xəbər verir ki, FHN-in “112” qaynar xəttinə daxil olan müraciət əsasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2015-ci il təvəllüdlü uşağın başı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqları arasında sıxılı halda qalaraq təhlükəli vəziyyətə düşüb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas edərək ailəsinə təhvil veriblər.




Xəbər xətti