Buster dozası olmayanlar bu qadağalarla üzləşəcək - Bu gündən

00:49 15 Fevral 2022

Bu gündən ölkədə fəaliyyət göstərən restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanda peyvənd sertifikatına dair yeni tələblər qüvvəyə minib.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliklə yaşı 18-dən yuxarı olan həmin vətəndaşların yuxarıda adıçəkilən məkanlara girişinə məhdudiyyət qoyulacaq.

 

Vətəndaşlar qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.

 

Bundan başqa, bu gündən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək.

 

Xatırladaq ki, fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.



Xəbər xətti