2026-cı ilədək 5 km sahilbərkitmə bəndləri salınacaq.
Sitat.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, Kənd Təsürrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə 2026-cı ilədək sel və daşqınlara qarşı mübarizə üçün 5 km sahilbərkitmə bəndlərinin salınmasını təmin etməlidir. Bununla yanaşı adıçəkilən qurumlar kollektor-drenaj şəbəkələrinin 240 km hissəsinin bərpasını da həyata keçirməlidir.