2022-ci ilin I yarımilində cinayət işləri üzrə 106 milyon 572 min manatın ödənilməsi təmin edilib.
Sitat.info xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, respublika üzrə ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 137 milyon 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 77,6 faizinin, yəni 106 milyon 572 min manat hissəsinin ödənilməsinə nail olunub.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunub, 1 milyon 618 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.