Əhməd Davudoğlu Türkiyə gündəmini qarışdırdı: Ərdoğan haqqında görün nələr dedi

17:21 22 İyul 2022

Türkiyədə Gələcək Partiyasının sədri Əhməd Davudoğlu partiyasının regional qurultayında iştirak etmək üçün Giresuna gedib.

SİTAT.İNFO xəbər verir ki, əsnafla Davudoğlu arasında yaşanan dialoq Türkiyə mətbuatını zəbt edib.

Bölgədə kiçik sahibkarları ziyarət edən Davudoğlunu görən vətəndaşlar "Prezident sizi baş nazir etdi, niyə ondan ayrıldınız?" sualı veriblər. Davudoğlu bu suala "Haqqı və ədalətdən uzaqlaşdıqları üçün ayrıldım " cavabını verib.

Satıcılarla bir müddət söhbət edən Davudoğlu daha sonra oranı tərk edib.

Nİgar,

SİTAT.İNFO



Xəbər xətti