“Ford”la TIR toqquşdu: ölənlər var - Foto

12:00 23 İyul 2022

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Ford" markalı avtomobillə yük maşını (TIR) toqquşub.

Sitat.info xəbər verir ki, hadisə magistral yolun 108-ci km-də baş verib.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü vəfat edib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti