Müttəfiqlərlə 25-30 ədəd HIMARS-ın Ukraynaya təhvil verilməsi ilə bağlı razılaşma var.
SİTAT.İNFO xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“İndi əsas məsələ RYAS üçün raketlərin çatdırılmasının logistikasıdır. ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit mediaya verdiyi müsahibəsində ABŞ və müttəfiqlərinin Ukraynaya verəcəyi RYAS-ların sayını açıqladı. Söhbət 25-30 ədəd HİMARS və böyük miqdarda döyüş sursatından gedir”, - Yermak söyləyib.