"Birbaşa zərbələrlə şəxsi heyət arasında çoxsaylı itkilərə məruz qala bilərik, bunu etməyəcəyik..."
"A-10 Warthog" hücum təyyarələri, ağır zədələnmələrinə rəğmən, sırada qala bilər..."
"Ukrayna əkshücuma keçib, Kiyev tezliklə əfsanəvi hücum təyyarələrini əldə edə bilər..."
Ukrayna Silahlı Qüvvələri əkshücuma keçib, Rusiya ordusu hücum potensialını itirib.
Moderator.az xəbər verir ki, bu barədə "Hava" proqramında ukraynalı hərbi analitik Roman Svitan bəyan edib.
"Bütün cəbhə boyunca Rusiya qoşunları müdafiə xarakterli tədbirlər görür", - ukraynalı ekspert deyib.
O, diqqəti Rusiya qruplaşmasının taktikasını dəyişməsinə yönəldib. Orada müharibənin ilkin taktikasından sovet sxemlərinə dönüblər, bu zaman taktiki tabor qruplarından imtina edilərək, tabor, alay və diviziya qruplarına üstünlük verirlər.
Svitan hesab edir ki, ukraynalılar rusiyalıların fəal müdafiəsilə bağlı ciddi problemlərlə üzləşə bilər.
"Birbaşa zərbələrlə biz şəxsi heyət arasında çoxsaylı itkilərə məruz qalarıq, ona görə də bunu etməyəcəyik. Biz arxa cəbhədən başlayacağıq-ambarları "çıxarıb", sonra cəbhəyə yaxın istiqamətdə nəyə imkanımız varsa hər şeyi yandıracağıq", - Svitan bəyan edib.
KİV-lər məlumat verir ki, Kiyev payızadək müttəfiqlərindən yerüstü hədəfləri məhv etmək üçün "A-10 Warthog" ("Borodavoçnik")hücum təyyarələri əldə edə bilər.
Ekspertlər qeyd edir ki, bu təyyarə ağır zədələnmələrə rəğmən, sırada qala bilər.
Təyyarə hər şeydən öncə özünün 30 mm-lik GAU-8 /A Avenger topu və ağır zirehi ilə tanınıb.
Hazırda yalnız ABŞ HHQ tərəfindən istismar edilir, lakin gözlənilir ki, yaxın gələcəkdə silahlanmadan çıxarılacaq.
"A-10 Warthog" azintensiv və əlverişsiz şəraitdə döyüş əməliyyatlarında özünü müsbət tərəfdən göstərib.
Bu zaman ekspertlər yüksək intensivli münaqişələrdə, hava məkanında üstünlük əldə etmək mümkün olmadığına görə, təyyarənin imkanlarına şübhə ilə yanaşır.