Amerikalı konqresmen Zelenski ilə görüşdü

15:02 24 İyul 2022

Konqresmen Adam Smitin rəhbərlik etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

“ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynaya iqtisadi, hərbi və humanitar yardım göstərir. Prezident Zelenski və Ukrayna xalqına cəsarətli mübarizələrini davam etdirdiyi bir vaxtda ən effektiv şəkildə dəstək olmağın yollarını axtarmağa davam edəcəyik”, - nümayəndə heyətinin bəyanatında qeyd olunub. (Axar.az)



Xəbər xətti