Zelenski: "İşğalçılar belə qalib gələcəyimizi qəbul edirlər

18:14 25 İyul 2022

Ukrayna prezidenti Volodimir Zelenski birlik və həmrəyliyin, müharibədə qalib gəlmək üçün ən vacib şey olduğunu vurğulayıb. O qeyd edib ki, işğalçılar belə qalib gələcəyimizi qəbul edirlər.

Sitat.info xəbər verir ki, Ukrayna Prezidenti Zelenski hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə çağırıb:

“İndi birliyi qorumaq, qələbə üçün birgə çalışmaq hamımızın yerinə yetirməli olduğu ən mühüm milli borcdur. Buna şübhə edən yoxdur. Sadəcə buna necə nail olmaq barədə mübahisə edənlər var. Bu, təkcə bizim öz inancımız deyil, Ukraynaya olan inamın əlamətidir. Hətta işğalçılar da etiraf edirlər ki, biz qalib gələcəyik. Bunu söhbətlərində, sevdikləri ilə ünsiyyətdə olanda eşidirik".

Ukrayna prezidenti  savaşa əzmlə davam edəcəklərini diqqətə çatdırıb:  "Ona görə də biz sürətimizi azaltmırıq və 5 ay ərzində hər gün olduğu kimi düşmənə maksimum itki vermək və Ukraynaya mümkün qədər çox dəstək toplamaq üçün hər şeyi edirik”.

Safura,

SİTAT.İNFO



Xəbər xətti