Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya açıq şəkildə Avropaya qarşı “qaz müharibəsi” aparır.
Rusiya “Şimal axını” qaz kəmərindəki bir borunun təmirə bağlanması səbəbilə Avropaya qaz axınını 33 milyon kubmetrə qədər azaldacağını bəyan etdikdən sonra, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın açıq şəkildə Avropaya qarşı “qaz müharibəsi” apardığını bəyan edib.
Zelenski deyib ki, " “Şimal axını” boru kəmərinə dair güzəştə baxmayaraq, Rusiya müqavilədə nəzərdə tutulan öhdəliklərinə uyğun Avropa ölkələrinə qaz tədarükünü davam etdirməyəcək. Bütün bunlar avropalıların qışa hazırlaşmasını mümkün qədər çətinləşdirmək üçün Rusiya tərəfindən qəsdən edilir”, - deyə o əlavə edib: “Bu, açıq şəkildə Rusiyanın vahid Avropaya qarşı apardığı qaz müharibəsidir".
“Bunlar terrorun fərqli formalarıdır”
"Avropadakı insanların vəziyyəti Rusiyanın vecində deyil" deyən Zelenski qeyd edib ki, bu da terrordur: "İnsanlara nə olacağı, limanların bağlanmasından yaranan aclıqdan, qışın soyuğundan, yoxsulluqdan ya da işğaldannecə əziyyət çəkəcəkləri veclərində deyil. Bunlar terrorun fərqli formalarıdır".
Qeyd edək ki, Rusiya qaz axınının yarıya qədər azalacağını açıqlamışdı.
Rusiyanın dövlət enerji şirkəti “Qazprom” yeni təmir səbəbindən qaz nəqlinin yarıya qədər azalacağını açıqladı. “Qazprom” həmçinin iyulun 27-də səhər saat 07:00-da başlayacaq işlər nəticəsində “Şimal axını”ndan qaz nəqlinin 67 milyon kubmetrdən 33 milyon kubmetrə qədər azalacağını bildirib.
Qaz axını əvvəllər də təmir üçün yarıya endirilib.
Ötən ayın sonunda “Şimal axını” boru kəmərindəki bəzi borular Almaniyanın “Siemens” şirkəti tərəfindən texniki xidmət üçün Kanadaya göndərilib. Rusiyanın Ukraynaya hücumlarını önə çəkərək Kanada bu boruları alman şirkətinə təhvil verməyib. Həm Almaniya, həm də Avropa İttifaqı (Aİ) tərəfindən Kanadaya edilən müraciətlər və təzyiqlər nəticəsində Kanada boruları sonradan göndərdi və ötən həftələrdə aparılan 10 günlük təmir işləri sayəsində boru kəmərindən Avropaya qaz axını yarıbayarı azalıb.
Ləman Sərvanqızı
SİTAT.İNFO