İsrail İrana zərbə endirə bilər

19:35 26 İyul 2022

“İsrail hakimiyyəti İranın nüvə proqramının inkişafı ilə əlaqədar ona zərbələr endirməyə hazırdır”.

Bunu İsrailin müdafiə naziri Beni Qans deyib.

Onun sözlərinə görə, İran təkcə İsrail dövlətinin şəxsi problemi deyil, bütün dünyanın problemidir.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bildirmişdi. O, həmçinin vurğulamışdı ki, nüvə sazişi üzrə danışıqlar uğursuz olarsa, ABŞ Tehrana güc yolu ilə təsir edə bilər. Bununla belə, güc tətbiqi “son çarə kimi” nəzərdən keçirilir.

Bundan əvvəl isə İsrail hakimiyyəti Suriya Prezidenti Bəşər Əsədi öz ərazisində İranla hərbi əməkdaşlığı dayandırmasa və ya azaltmasa, saraylarını bombalayacağı ilə hədələmişdi.



Xəbər xətti